Plenar iclaslar 2 İyul 2021, 14:53 | Baxış sayı: 294
Deputat: “Məhkəmə cərimələnmə siyasətində maraqlı olacaq..."

“Məhkəmə cərimələnmə siyasətində maraqlı olacaq. Çünki bu cərimələr onun işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ikinci problem düzgün qərar çıxarmamaqla bağlıdır: “Bunun ziyanı vətəndaşa dəyir. Buna görə məhkəmələr cərimələnməlidir. Azərbaycandan AHİM-ə gedən işlərin çoxunda Azərbaycan hökuməti məhkəmənin düzgün qərar çıxarmamasına görə cərimə ödəyir. Əslində məhkəmə insanların haqlarını müdafiə etməlidir. Bu gün biz qəbul etdiyimiz bu layihə ilə yalnız məhkəmənin haqlarını müdafiə edirik, vətəndaşın yox...”

Xəbərlər