Deputat: "Məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq".
Deputat Vüqar Bayramov qənaətinə görə epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı:
"Məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez və tam açılmasına gətirib çıxara bilər. Bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Artım tempini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırılacağı istisna edilmir".