Plenar iclaslar 22 İyun 2021, 15:23 | Baxış sayı: 361
Deputat əlillərə daha rahat xidmət göstərilməsi ilə bağlı təklif irəli sürüb.

“Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır: “Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.

Xəbərlər