Cəmiyyət 6 İyul 2021, 17:06 | Baxış sayı: 293
Deputat: "Dünyada LGBT təbliğatını aparan dövlətlər olsa da, bu, bizim adət-ənənələrimizə uyğun gəlmir"

Dünyada LGBT təbliğatını aparan dövlətlər olsa da, bu, bizim adət-ənənələrimizə uyğun gəlmir. Biz müsəlman dövlətiyik, belə hallar qəbuledilməzdir. Futbol stadionunda LGBT bayrağının qaldırılmasına qarşı DİN öz tədbirini gördü. LGBT təbliğindən və bu mövzudan danışmağın qəti şəkildə əleyhinəyəm.

Vahid Əhmədov son zamanlar LGBT ilə bağlı artan təbliğatlarla bağlı fikir bildirərkən deyib.

“Dövlətin apardığı siyasət Azərbaycanda müxtəlif xalqların nümayəndələrinə sərbəst yaşamağa imkan verir. Bu bizə heç vaxt problem olmayıb. Lakin çox müsbət haldır ki, sözügedən məsələlər ölkəmizdə işıqlandırılmır, nə də bu barədə müzakirə açılmır. Bütün din xadimləri də hər zaman bunun əleyhinə olublar. Hər birimiz Quranla yaşayan, inanclı insanlarıq. Bakıda stadionda LGBT bayrağı qaldırıldıqdan sonra Gürcüstünda da başqa aksiya keçirildi. Hər birinin qarşısı alındı. Avropa dövlətləri və digər dövlətlər özləri bilərlər. Hər ölkənin öz mentaliteti var. Bizim mentalitetə belə şeylər yaraşmır”, - millət vəkili qeyd edib.

Xəbərlər