Cəmiyyət, Siyasət, Plenar iclaslar 25 May 2021, 16:53 | Baxış sayı: 348
Deputat: "Bu yaxınlarda Bolqarıstanda ermənilər konsert təşkil edib və bu konsert Qarabağda ölən erməni əsgərlərə ithaf olunub".

“Ermənilər xaricdə tam fəallaşıb. Aidiyyəti orqanlara müraciət edirəm ki, bu məsələyə diqqət yetirilsin”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu yaxınlarda Bolqarıstanda ermənilər konsert təşkil edib və bu konsert Qarabağda ölən erməni əsgərlərə ithaf olunub: “Onlar dayanmır, informasiya müharibəsi aparırlar. Biz də səfirliklə danışdıq. 28 may tarixində Bolqarıstan radiolarının birində Azərbaycana aid veriliş gedəcək. Amma bu informasiya savaşını təkcə səfirliklərlə aparmaq mümkün deyil. Orada mədəniyyət mərkəzlərimizin olması faydalı olardı”.

Xəbərlər