Plenar iclaslar 21 May 2021, 15:47 | Baxış sayı: 279
Deputat: "Biz niyə öz vətəndaşımıza beynəlxalq hüququn təsbit etdiyi imtiyazları məhdudlaşdıraq?”

“Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) nümayəndəliyinin rəhbərinin azərbaycanlı olduğu təqdirdə ona beynəlxalq hüquqa əsasən diplomatik missiya üzvləri ilə eyni imtiyazlar və immunitet verilməməsi təəssüf doğurur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ola bilsin, bir çox ölkədə bu, belədir: “Amma biz niyə də fərqli və daha ədalətli yanaşma ortaya qoymayaq? Bu da neft və qaz sahələrində iş yerləri deyil ki, eyni vəzifəni daşıyan, eyni işi eyni keyfiyyətlə görən azərbaycanlıya şərti olaraq 1 manat, xarici vətəndaşa 100 manat verilsin. Biz sevinməli və fəxr etməliyik ki, beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri həmyerlimiz ola bilər. Qoy, onun nüfuzu və çəkisi digər diplomatik missiya üzvləri ilə bərabər olsun, o şəxs özünü onların yanında daha az imtiyazlı hiss etməsin. Biz niyə öz vətəndaşımıza beynəlxalq hüququn təsbit etdiyi imtiyazları məhdudlaşdıraq?”

Xəbərlər