Plenar iclaslar 25 May 2021, 17:08 | Baxış sayı: 255
Deputat: "AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir".

“AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Amma AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, onlarla vətəndaşdan AZAL-ın təyyarə biletlərinin çox baha olması barədə şikayətlər gəlir: “Az qala iki ildir, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir. Xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə, maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Bu yanaşma ədalətli deyil”.

Deputat Səttar Möhbalıyev isə Razi Nurullayevə cavabında bildirib ki, Azərbaycanda olan sanatoriyaların vəziyyəti Rusiyada olanlardan yaxşıdır: “Artıq Rusiyadan Azərbaycana sanatoriyalara istirahətə gələnlər var. Azərbaycanda sanatoriyalar müasir standartlara cavab verir, müasir tibbi cihazlarla təmin olunub”.

Xəbərlər