Plenar iclaslar 11 İyun 2021, 11:45 | Baxış sayı: 334
Deputat: "1918-ci ildə Azərbaycan müstəqil dövlət kimi cəmi 23 ay yaşadısa, artıq Azərbaycan 30 ildir müstəqildir".

“2021-ci il müstəqil Azərbaycan dövlətinin tarixində bir sıra mühüm hadisələrlə yadda qaldı. 44 günlük vətən müharibəsində Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə çox ciddi uğurlara imza atdı. İkinci bir hadisə odur ki, bütün dünyanı bürüyən pandemiya ilə mübarizədə dövlətimiz çox ciddi işlər gördü, müəyyən mənada bunun qarşısını aldı. Hazırda pandemiya ilə bağlı yumşalmalar olur və bu yəqin ki, davam edəcək. ”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın müstəqilliyi haqda Konstitusiya Aktının qəbul edilməsinin bu il 30 ili tamam olur: “18 oktyabr 1991-cü ildə bu zalda biz dövlət müstəqilliyi haqda Konstitusiya Aktını qəbul etmişik. Müstəqilliyimizi tanıyan ilk dövlət Türkiyə, sonra Rumıniya və Pakistan olub. 1918-ci ildə Azərbaycan müstəqil dövlət kimi cəmi 23 ay yaşadısa, artıq Azərbaycan 30 ildir müstəqildir. Təklif edirəm ki, Azərbaycanın 30 illik müstəqilliyi ilə əlaqədar olaraq Milli Məclis müəyyən tədbirlər planı işləyib hazırlasın. Biz Azərbaycanın müstəqilliyini yenidən bütün dünyaya xatırladaq, bəyan edək. Milli Məclisin rəhbərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsin”.

Xəbərlər