İqtisadiyyat 25 İyun 2023, 13:43 | Baxış sayı: 113
"Çörəyin qiymətindəki ucuzlaşma buğdanın  dünya bazarında qiymətinin aşağı düşməsi ilə bağlıdır"

"Çörəyin qiymətindəki ucuzlaşma buğdanın  dünya bazarında qiymətinin aşağı düşməsi ilə bağlıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, buğdanın qiymətinin aşağı düşməsi, xüsusən region bazarında buğda bolluğunun 2023-cü ildən etibarən yaranması aspektindən çörəyin qiymətinin aşağı düşməsinin gözlənilən olduğunu bildirilmişdi:

“Bu kontekstdən baxanda çörəyin qiymətində azalmalar müşahidə edilməyə başladı. Təbii ki, növbəti azalmalar birbaşa yenə də dünya bazarında qiymətlərdən asılı olacaq. Çünki Azərbaycan buğdaya olan tələbin təxminən 40 faizini idxal hesabına ödəyir. Ona görə də, idxal qiymətləri birbaşa Azərbaycanda çörəyin xərcinə və nəticədə onun qiymətinə təsir göstərir. Bu baxımdan da çörəyin qiymətindəki azalmalar gözlənilən idi".

Xəbərlər