Plenar iclaslar 4 Aprel 2023, 13:17 | Baxış sayı: 112
"Çingiz Aytmatov Heydər Əliyev Beynəlxalq Mükafatının təsis olunmasını təklif etmişdi"

Bir konfransda mən Çingiz Aytmatova nə üçün Nobel mükafatı verilməməsi barədə danışdım. Konfransdan sonra məni otağına çağıran Çingiz Aytmatov söhbətdə Heydər Əliyevi böyük, dahi insan kimi qiymətləndirdi, Nobel mükafatına alternativ olaraq Heydər Əliyev Beynəlxalq Mükafatının yaradılmasını təklif etdi. Məndən bu fikri Bakıda rəhbərliyə çatdırılmasını istədi. Dedi ki, Nobel mükafatı almaq istəyənlər Heydər Əliyev Beynəlxalq Mükafatını almaq üçün sıraya düzüləcəklər”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Sabir Rüstəmxanlı deyib ki, həmin söhbətdən sonra Bakıya qayıdıb, bunu rəhbərliyə çatdırmaq istəyib: “Həmin vaxt Heydər Əliyev Mükafatı təsis edildi, daha sonra Vətən müharibəsi oldu. Ancaq mən bu gün Çingiz Aytmatovun təklifini buradan açıqlamaq istəyirəm ki, ölkə rəhbərliyi də bundan xəbərdar olsun”.

Xəbərlər