Plenar iclaslar 31 Dekabr 2022, 16:27 | Baxış sayı: 115
“Bəzən deputatdan elə şey tələb edirlər ki, bu heç onun səlahiyyətində deyil”

“Bəzən ictimaiyyət nümayəndələri və ya mətbuat orqanlarında deputatdan elə şey tələb edirlər ki, bu heç onun səlahiyyətləri daxilində deyil”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Misal olaraq, filan yerdə oğurluq var, dövlətin malı mənimsənilir, deputat hara baxır? Başa düşürəm, deputatın funksiyası gördüklərini yazıb aidiyyəti qurumlara göndərməkdir. Həmin qurumlar da bunu araşdırıb müvafiq ölçü götürür. Yoxlanılmamış məlumat haqqında bizim heç bir məsuliyyətimiz olmamalıdır. Şayiələr əsasında qurulmuş məsələlərə qarışa bilmərik” – S.Novruzov əlavə edib.

Xəbərlər