"Bəzi ölkələr qapı-qapı gəzib pul istəyir, BVF və Dünya Bankının qarşısında növbə gözləyirlər"
Plenar iclaslar
6 İyun 2023, 14:25 | Baxış sayı:
138
“Bu gün qapı-qapı gəzib pul istəyən, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının qarşısında növbə gözləyən ölkələr var".
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda düzgün həyata keçirilən iqtisadi, kadr və struktur islahatları nəticəsində ölkənin gəlirləri artır: “Bu gəlirlər xalqımızın mənafeyinə sərf olunur”.