Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 16:54 | Baxış sayı: 247
"Bu qanun haqqında cəmiyyətdə və sosial şəbəkələrdə əsası olmayan müzakirələr gedib"

““Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərin dövlət rüsumu ilə bağlı yığılmalara təsiri 100 milyon manata yaxındır. Yəni büdcəyə bu istiqamətdə 100 milyona yaxın vəsaitin daxil olması gözlənilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, bu qanun haqqında cəmiyyətdə və sosial şəbəkələrdə əsası olmayan müzakirələr gedib: “Bundan sonra rüsum toplayan orqanların hesabında hər hansı rüsum qalmayacaq. Bunun əvəzində yığılan bütün rüsumlar dövlət büdcəsi hesabına köçürüləcək. Bununla əlaqədar bu orqanlarda çalışan işçiləri üçün bütövlükdə yeni maaş sisteminin hazırlanması istiqamətində işlər gedir”.

T. Mirkişili vurğulayıb ki, mobil cihazların, avtomobillərin rüsumların artırılması ilə bağlı da əsası olmayan məlumatlar yayılıb.

Sahibə Qafarova bildirib ki, cəmiyyətə düzgün məlumat çatdırılmalıdır.

Xəbərlər