Plenar iclaslar 25 Aprel 2023, 18:24 | Baxış sayı: 125
“Bu kifayət qədər ciddi maliyyə araşdırması tələb edir”

“Hesabalama Palatası fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə pre-audit keçirib. Halbuki pre-audit nəzarətin keyfiyyətinin artırılması baxımdan çox vacibidr.”

Deputat Vüqar Bayramov bunu Milli Məclisdə, Hesablama Palatasının hesabatının müzakirəsindəki çıxışında söyləyib. Qeyd edib ki, İNTOSAİ-in əsas tövsiyyələrindən biri də İnformasiya texnologiyası auditi aparılmasıdır: “Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər. 2022-ci ildə Səmərəlilik (performance) auditin nəticələri 5-dir, yalnız 1 səmərəlilik auditin nəticəsində nəticəlilik ilə yanaşı qənaətlilik və səmərəlilik meyarları nəzərə alınıb. Bu isə ondan xəbər verir ki, səmərəlilik auditin meyarlarının təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda Səmərəlilik auditin ümumi auditdə payı cəmi 11.9 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faiz idi. Səmərlilik auditin sayının aza olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir”.

V.Bayramovun sözlərinə görə, Hesabatdan görsənir ki, 28 auditin 26-da dövlət satınalmaları ilə bağlı pozuntu qeydə alınıb: “2022-ci ildə uyğunluq auditi üzrə maliyyə pozuntularının məbləği 481 milyon manat olub. Bu həmin audit çərçivəsində baxılmış ümumi məbləğin 21 faizidir. Bu audit çərçivəsində 2 milyard 353 milyon manat audit olunub. Bu, o deməkdir ki, uyğunluq auditi çərçivəsində yoxlanmış hər 100 manatdan 21 manatında pozuntu qeydı alınlb. Eyni zamanda uyğunsuzluq müəyyənləşdirilmiş məbləğin 73 faizini, yəni 349 milyon manatı geri qaytarılması mümkün olmayn vəsaitlərdir. Bu isə kifayət qədər ciddi maliyyə araşdırması tələb edir”.

Xəbərlər