KOMİTƏ İCLASLARI, Qanun Layihələri 12 Noyabr 2021, 16:04 | Baxış sayı: 235
“Bu gün dövlət proqramlarının hər biri üçün ayrılan vəsaitdə böyük artım olması sevindirici haldır”.

“Bu gün dövlət proqramlarının hər biri üçün ayrılan vəsaitdə böyük artım olması sevindirici haldır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, qan xəstəliklərinin müalicəsinə ayrılan vəsaitdə də artım var: “Amma əməliyyatlarla bağlı dövlət proqramı çərçivəsində müəyyən artımlar lazımdır. Səhiyyə nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də xüsusilə sümüyün transplantasiyası üçün müxtəlif genişlənmə işləri həyata keçirir. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin artırılmasına böyük ehtiyac var. Bütövlükdə ilkin səhiyyə xidməti üçün ayrılan pay artırılsa, yaxşı olar. İlkin səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün artırılan maliyyə gələcəkdə stasionar müalicə qurumların büdcəsinin azalmasına imkan verəcək”.

Deputat təklif edib ki, səhiyyə sahəsinə ayrılan vəsait daha da artırılsın: “Səhiyyə üçün ayrılan büdcənin 20%-i COVİD-lə mübarizənin payına düşdüyü halda, ümumi səhiyyə büdcəsinin artımı 6 faizdir. Bu isə səhiyyə üçün ayrılan büdcənin Ümumi Daxili Məhsulda payının 2,1 faiz olması deməkdir. Bu baxımdan hesab edirəm ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin Ümumi Daxili Məhsulda payının daha da artması üçün səhiyyə xərclərinin artırılması da arzuolunandır.”

Xəbərlər