Cəmiyyət 18 May 2022, 13:08 | Baxış sayı: 182
"Bu bəyanatı ingilis diplomatları hansı insindentə görə yazıblar və onların aksiyadan xəbərləri varmı?"

“Mayın 14-də bir qrup  şəxs şəhərin mərkəzində, Səbail rayonunda yerləşən Fəvvarələr bağında icazəsiz aksiya keçirdi. Aksiyanın icazəsiz və şəhərin əhali gur yerində keçirilməsinə baxmayaraq polis aksiyanı dağıtmadı, iştirakçıları saxlamadı, hər hansı bir insindent qeydə alınmadı. Ancaq qəribəsi budur ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayaraq çox sayda aksiya iştirakçısının polis tərəfindən saxlanıldığını və ploisin iştirakçılara qarşı zorakılıq göstərdiyni bildirir və bunu pislədiyini elan edir. Bu bəyanatı ingilis diplomatları hansı insindentə görə yazıblar və onların aksiyadan xəbərləri varmı?”

Pravda.az-ın xəbərinə görə, bunu deputat Aydın Mirzəzadə bildirib.

“Bəlkə gözlədikləri alınmayıb və bəyanat aksiyadan əvvəl nəticə gözlənilmədən yayılıb? Bəlkə polisin təmkinlilik göstərməsinə hazır olmayıblar?” – deputat sual ünvanlayıb.

Xəbərlər