Plenar iclaslar 9 İyun 2023, 14:37 | Baxış sayı: 206
"BTQ ilə bağlı üçtərəfli saziş geosiyasi mövqeyimizi tamamilə başqa səviyyəyə yüksəldəcək"

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti çərçivəsində tranzit gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsinə dair Saziş Azərbaycanın geosiyasi mövqeyini tamam başqa səviyyəyə yüksəldəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səməd Seyidov bildirib.

"Bu layihə üç ölkə arasında yalnız ilk addımdır. Yaxın gələcəkdə Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulmasının şahidi olacağıq",- o əlavə edib.

Xəbərlər