Cəmiyyət 20 Sentyabr 2022, 12:37 | Baxış sayı: 204
""Bələdiyyələrlə bağlı köklü dəyişikliklərə ehtiyac var"

“Azərbaycanda Bələdiyyə Məcəlləsinin hazırlanması ilə bağlı təkliflər var”.


Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 20-də keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bu təkliflər müzakirə ediləcək: “Bələdiyyə vergisinin verilməsinə dair məcburiyyət yoxdur. Ona görə də, bələdiyyələr vergi yığa bilmirlər. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Bələdiyyələrlə bağlı köklü dəyişikliklərə ehtiyac var”.

Mənbə: Apa.az

Xəbərlər