Plenar iclaslar 5 Aprel 2022, 15:19 | Baxış sayı: 262
"Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik".

“80 milyon əhalisi olan Türkiyədə 1397 bələdiyyə var ki, onların da 30-u böyük şəhər bələdiyyəsində birləşib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda 1606 bələdiyyə var: “Hələ işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, 500-ə yaxın yeni bələdiyyə olacaq. Ona görə də təklif edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik. İlkin olaraq, Gəncə və Sumqayıtda şəhər bələdiyyələrinin vahid bələdiyyə sistemi yaradılmalıdır. Effektli olarsa, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər. Böyük şəhərlərdə vahid bələdiyyə sistemi qurulsa, yaxşı olar”.

S. Novruzov onu da qeyd edib ki, bələdiyyə torpaqlarının xəritəsi bir çox rayonlarda bələdiyyələrə təqdim olunmur: “Buna görə də bələdiyyələr bu torpaqlardan vergi toplaya bilmir”.

Xəbərlər