KOMİTƏ İCLASLARI 1 Fevral 2023, 13:22 | Baxış sayı: 97
“Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalıdır”

“Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir”.

 

Bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib.

 

O bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir:

 

“Bələdiyyə seçkiləri ümumölkə səviyyəsində yox regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var”.

 

O, həmçinin bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edib.

 

“Kim kimin dostu və ya tanışıdırsa hansısa qurumun regionlarda kiçik mərkəzini yaradırlar. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır”

Xəbərlər