Plenar iclaslar 1 Fevral 2024, 13:22 | Baxış sayı: 55
"Bələdiyyə sədrlərini xalq seçməlidir"

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib.

Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında danışan komitə sədri bildirib ki, sədrləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar.

Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.

report.az

Xəbərlər