Cəmiyyət 8 İyun 2023, 14:53 | Baxış sayı: 195
"Biz müstəqil dövlətik, müstəqilliyə hörmət etmək lazımdır”

“Rusdilli məktəblərdə oxuyan azərbaycanlı uşaqların danışıq dili küçə-bazar, ev-eşik dilidir, ədəbi dil deyil. Biz müstəqil dövlətik, müstəqilliyə, qanunlarımıza hörmət etmək lazımdır”. 

Demokrat.az xəbər verir ki, bu sözləri SÖZ.AZ-ın “5 sual” rubrikasında qonaq olan millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus dilində oxutmaq arzusuna sərt münasibət bildirib: “Uşaqlarını rusdilli məktəblərə həvəslə qoyurlarsa, belə çıxır ki, onları Rusiya üçün hazırlayırlar, ya da müstəqilliyi müvəqqəti sayırlar, gələcəyə inamları yoxdur... Rusiyanı yenidən bura gətirməyi düşünürsən? SSRİ bərpa olunacaq və ruslar bura gələcək? Daha sonra həmin şəxslər tələb edəcəklər ki, rus dili Azərbaycanda ikinci dövlət dili olsun. Müstəqillik uğrunda bu qədər qan tökülüb, mübarizə aparılıb. Niyə bunu başqalarının ayağının altına atmısınız?”.

Xəbərlər