Plenar iclaslar 23 İyun 2023, 15:36 | Baxış sayı: 163
“Bir sıra siyasi partiyalar hesabatla çıxış etmirlər”

“Mütəmadi şəkildə şahidi olurduq ki, ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar nə MSK-ya, nə də hansısa köçürmələr barədə hesabatla çıxış etmirlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının plenar iclasında deyib.

Onun sözlərinə görə, xaricdən ayrı-ayrı şəxslərdən vəsait alınması, o cümlədən xarici vətəndaşların onları himayə etməsi halları vardı:

“Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və digərləri heç bir hesabatlarında sərf etdikləri sərfiyyat barədə nə ictimaiyyətə, nə də aidiyyəti qurumlara məlumat vermirlər. Sual ortaya çıxır ki, bu qədər maliyyəni haradan alırlar?! Pul onlara haradan daxil olur?! Başqa vaxt deputat və digərlərinə irad tutub onların pulunu saymaqla məşğul olurlar. Biri meydana çıxıb cavab versin. 20 ildir heç yanda işləmir, gəlir də göstərmir, amma bu qədər uzun müddərdə müddətdə necə dolanır? Hər birinin cangüdəni, aparatı və işçiləri, bahalı avtomobilləri var. Övladları deputatın 3 illik əməkhaqqısı miqdarında təhsilhaqqısı olan xarici universitetlərdə oxuyur. Bütün bunların hesabatını verməlidirlər”.

Xəbərlər