Cəmiyyət 11 Aprel 2023, 14:48 | Baxış sayı: 202
"Bir-birinin ardınca quru sərhədlər də açılacaq"

"Koronavirus pandemiyası bəşəriyyətə böyük bir dərs keçdi. Bu, bəşəriyyətin vaxtilə buraxdığı səhvlərin acı nəticəsi oldu. Onun qarşısının alınması üçün beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycan ciddi tədbirlər görür və görməkdədir. Bunlardan biri də sərhədlərin bağlanması idi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat vurğulayıb ki, quru sərhədlərin bağlanması müəyyən qədər problemlər yaratdı.

"Bununla belə, o koronavirusun geniş yayılmasının da qarşısını aldı. Vaxtaşırı Nazirlər Kabineti yanında Operativ Qərargah məsələləri analiz edir.Vəziyyətə uyğun olaraq yumşaldıcı, liberal addımlar atılır. Biz bunları görürük. Hesab edirəm ki, imkan olduqca bir-birinin ardınca quru sərhədlər də açılacaq. Düzdür, sosial şəbəkələr, ayrı-ayrı saytlar hansısa mənbələrdən mayın 1-dən qonşu Gürcüstanla sərhədlərin açılacağını bildirirlər. Amma bununla bağlı rəsmi qərar yoxdur. Əlbəttə ki, vəziyyət imkan verərsə, hesab edirəm ki, Operativ Qərargah bu addımı atacaq".

Xəbərlər