Cəmiyyət 21 İyun 2023, 15:03 | Baxış sayı: 161
“Bəhram Bağırzadə toyda fit çalır, Murad Dadşov isə dərin düşüncələrə qərq olub"

“Space TV-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda itiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görsənir ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq.  Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə (rusca ljenauka) üstünlük verdi. Yəqin ki, yaxın günlərdə İ. Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır”.

 

Bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

“Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar” -deputat əlavə edib.

 

Mənbə: pravda.az

Xəbərlər