Siyasət 17 Oktyabr 2023, 15:27 | Baxış sayı: 132
"Babayan unutmamalıdır ki, bu problem arxivin zibilliyinə göndərilib"

"Babayan unutmamalıdır ki, bu problem arxivin zibilliyinə göndərilib"

Xankəndi,Ağdərə,Əsgəran,Xocalı və Xocavənddə Azərbaycan Respublikasının dövlət bayrağını qaldırdı. İşğaldan azad edilmiş ərazilərdə qaldırılan Dövlət bayrağımız 8 Noyabr zəfərinə kölgə salmaq istəyən təxribatçı qüvvələrə, eləcə də erməni havadarlarına verilən sanballı cavab idi.

Azərbaycan İlham Əliyevin siyasi səriştəsi,uzaqgörənliyi və diplomatik zəkası sayəsində Qarabağda əbədi olaraq tarixdə qalacaq zəfər qazandı. Prezident İlham Əliyev başladığı işi sona çatdıraraq 20 il öncə Azərbaycan xalqına verdiyi sözü yerinə yetirdi.

Bu sözləri millət vəkili Vahid Əhmədov deyib. O, vurğulayıb ki, Qarabağdakı separatçı rejimin məhvi, təkcə Azərbaycan üçün deyil, həm də regionun təhlükəsizliyi baxımından çox əhəmiyyətli idi:

"İlham Əliyev Xankəndi şəhərində seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirərkən  dırnaqarası “Böyük Ermənistan” xəritəsinə rast gələn zaman maraqlı reaksiya verib. “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur” deyə Prezident qeyd edib. Xəritəyə Azərbaycanla yanaşı, qonşu ölkələr olan Gürcüstan,Türkiyə,İran kimi ölkələrin də müəyyən əraziləri daxildir.Ermənistan İstiqlal Bəyənnaməsində Türkiyə Respublikasının bir sıra vilayətlərinin “Qərbi Ermənistan” ərazisi olduğunu bəyan edib.Bundan başqa, ermənilərin 1990-cı illərdə,və 2008-ci ildə  Gürcüstanda separatizmə cəhd etdiyi bir çoxlarına məlumdur.Qarabağdakı separatçı rejimin məhv edilməsi  dırnaqarası “Böyük Ermənistan” xülyasını sona çatdırdı.Bu, regionda geosiyasi təhlükəsizliyin təmin olunması baxımından mühim hadisə idi".

Deputat qeyd edib ki, separatçı rejimin keçmiş müdafiə naziri Samvel Babayan Qarabağı tərk edən erməni əhalisinin xüsusi muxtar vilayət statusu verilmədiyi təqdirdə geriyə qayıdıb Qarabağda məskunlaşmayacağını bildirib. Verdiyi sərsəm bəyanatla gülünc vəziyyətə düşən Babayan unutmamalıdır ki, Qarabağ məsələsi tam olaraq həll olub, bu problem arxivin zibilliyinə göndərilib və prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir statusdan söhbət gedə bilməz. Ermənilərin reinteqrasiyası məsələsinə gəlincə, Azərbaycan hər zaman bütün səylərini yönəldərək bu prosesin həyata keçirilməsinə çalışsa da,Ermənistan hakimiyyətinin təxribatları reinteqrasiya planına mane oldu. Artıq ,Ermənistan hakimiyyətinin yalanlarından xəbərdar olan Qarabağın yerli erməni əhalisi,Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa bir yollarının qalmadıqlarından xəbərdardırlar.

"Mən  Xankəndi və digər ərazilərimizdə Dövlət Bayrağımızın dalğalanması münasibətilə xalqımızı,ordumuzu və Prezident İlham Əliyevi təbrik edirəm"- deyə millət vəkili qeyd edib. (Redaktor.az)

Xəbərlər