Plenar iclaslar 12 Oktyabr 2023, 16:05 | Baxış sayı: 147
"Azərbaycanın uğurlarının başında İlham Əliyevin apardığı siyasət dayanır"

Azərbaycanın uğurlarının başında İlham Əliyevin apardığı siyasət dayanır — Vahid Əhmədov
“Ulu öndərin vəfatından sonra onun siyasi kursunun Azərbaycanın müstəqilliyi və inkişafı üçün ən düzgün yol olduğunu görən xalqımız 2003-cü il 15 oktyabrda keçirilən seçkilərdə onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevi dəstəkləyərək onu özünə yeni prezident seçib. Hakimiyyətinin ilk illərindən etibarən yüksək idarəçilik qabiliyyəti, xarici və daxili siyasətdə səriştəsi ilə fərqlənən prezidentə xalqın inamı və etibarı görülməmiş dərəcədə artdı və İlham Əliyev 2008, 2013, 2018-ci ildə keçirilən prezident seçkilərində də layiqli qələbə qazanıb”. 

Bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Vahid Əhmədov bildirib. 

O qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi və hərbi sahədə əldə etdiyi uğurlarının başında İlham Əliyevin apardığı siyasət dayanır:

"20 il ərzində, ölkəmizdə ÜDM-in nominal həcmi 22 dəfə artaraq, 133,8 milyard manata çatıb. Ölkə əhalisinin gəlirləri 13,7 dəfə,strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1.6 milyard dollardan 65,9 milyard dollara çatıb. Ölkədə nəqliyyat, təhsil ,enerji, turizm və digər sahələr üzrə infrastuktur yenidən qurulmuş və genişləndirilmiş, ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq vəsait yatırılıb. 

Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsində, 2003-cü ildə 383.1 manat təşkil edən orta aylıq əmək haqqı, hazırda 900 manatdan artıqdır. Bu illər ərzində, 2 milyondan artıq iş yeri açılıb. Yoxsulluq həddi 49 faizdən 5 faizə qədər azalıb. Postmüharibə dövründə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5250, bu il isə 750 mənzil və fərdi ev təqdim olunub”.

modern.az

Xəbərlər