Plenar iclaslar 8 Dekabr 2023, 13:44 | Baxış sayı: 46
"Azərbaycanda seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var"

Bu gün Azərbaycanda seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il fevral ayının 7-də Azərbaycanda azad, ədalətli və demokratik seçki keçiriləcək. İstənilən şəxs öz namizədliyini təqdim edə və alternativ, rəqabət şəklində seçkilərdə iştirak edə bilər.

S.Novruzov əlavə edib ki, Prezident seçkilərindən sonra qarşıda böyük vəzifələr durur: “Ölkəmizin inkişafı, o cümlədən azad edilən ərazilərin yenidən qurulması kimi məsələlər var. Azərbaycan regionun aparıcı dövlətidir, artıq şərqlə qərbi birləşdirən nəqliyyat dəhlizinə çevrilir. Bu kimi məsələlərin həlli üçün seçkilərin keçirilməsinə ehtiyac var”.

report.az

Xəbərlər