İqtisadiyyat 26 Sentyabr 2023, 15:55 | Baxış sayı: 147
"Azərbaycanda sahibkarın bazarda olan hökmran mövqe faizi Aİ-yə uyğunlaşdırılmalıdır"

Azərbaycan bazarında sahibkarın hökmran mövqesi üçün tətbiq edilən faizin Avropa İttifaqındakı faizə uyğunlaşdırılmasına və müddətli reqressiv yanaşmanın nəzərə alınmasına ehtiyac var.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yeni Rəqabət Məcəlləsində sahibkar bazarda 50 % paya sahib olursa, bu, hökmran mövqe hesab edilir: "Düşünürəm ki, bu kifayət qədər böyük rəqəmdir".

V. Bayramov bildirib ki, Avropa İttifaqında bu göstərici 40 %-dir: "Bu gün inkişaf etmiş ölkələrdə bu məsələni tənzimləyən hüquqi aktlarda həm də reqressiv yanaşma var. Məsələn, sahibkar 30 % bazar payına sahibdirsə və uzun müddət bu mövqedə qalırsa, bu da hökmran mövqeyə sahib olmaq deməkdir. Bu gün Avropadakı qanunların fəlsəfəsi məhz zaman aspektindən hökmran mövqeyin qiymətləndirilməsidir".

REPORT

Xəbərlər