Plenar iclaslar 7 Mart 2023, 14:44 | Baxış sayı: 199
"Azərbaycanda oturum, müvəqqəti yaşamaq icazəsi alınmasının yalnız pula bağlanması narahatlıq doğurur"

“Məni narahat edən qanun layihəsində Azərbaycanda oturum, müvəqqəti yaşamaq icazəsinin alınmasının yalnız pula bağlanmasıdır”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.

Sabir Rüstəmxanlı deyib ki, Güney Azərbaycandan olan soydaşlarımız arasında ictimai işlərlə və digər məqsədlərlə Azərbaycana gəlib, bir neçə il yaşamaq istəyənlər ola bilər: “Ona görə də qanunda bu məsələlər əksini tapmalıdır, yaşamaq icazəsi ancaq pula bağlanmamalıdır”.

Deputat qeyd edib ki, qanun layihəsi çox mürəkkəb formada yazılıb, bunu oxumaq, köhnə qanunla müqayisədə edərək anlamaq iynə ilə gor qazmaq kimi bir şeydir: “Bu qanunla bağlı normal arayış hazırlanıb təqdim edilsə, daha yaxşı olardı”.

Xəbərlər