KOMİTƏ İCLASLARI 12 Aprel 2023, 14:47 | Baxış sayı: 115
"Azərbaycanda müstəqil fiskal institutun yaradılması vacibdir"

Gələcəkdə Azərbaycanda müstəqil fiskal institutun yaradılması və Hesablama Palatası tərəfindən həyata keçirilən auditin özünə nəzarətin gücləndirilməsi də vacibdir.

“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

V. Bayramov bildirib ki, bu Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) və digər beynəlxaq qurumların təklif etdiyi institusional dəyişikliklərdən biridir: "Azərbaycanda da bunun tətbiq edilməsinə ehtiyac var".

Xəbərlər