Plenar iclaslar 26 Aprel 2022, 16:19 | Baxış sayı: 34
“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa verir".

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa verir, sağlamlıq durumuna görə işini tərk edir, yaxud həqiqəti əks etdirməyən digər səbəblər göstərir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu praktikanı iki səbəbdən ziyanlı hesab edir: “Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah o gedib başqa yerdə daha gözəl işə düzəlir, dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir. Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir. Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırılmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.

Xəbərlər