Siyasət 26 Dekabr 2022, 14:18 | Baxış sayı: 185
“Azərbaycanda İranın və Rusiyanın agentləri ölkəmizin dirəklərini qazmaqla məşğuldurlar”

“Nəinki Naxçıvanda, Azərbaycanın hər bir bölgəsində İran agentləri var. Biz bunu müxtəlif mərhələlərdə, yerlərdə, məclislərdə əyani şəkildə görə bilirik. Naxçıvanda da İran agentlərinin olması istisna deyil. Əksinə, bəlkə də, orada daha çoxdur. Hazırda təhlükəsizlik xidmətlərinin qarşılarında duran ən ümdə, çətin vəzifələrdən biri budur. Azərbaycan bütün ölkələrin agentlərindən təmizlənməlidir. Ölkəmizdə İranın və Rusiyanın xeyli agenti var. Bu agentlər ölkəmizin dirəklərini qazmaqla məşğuldur, Azərbaycanı pul, sərvət, vəzifə müqabilində sataraq varlanmaq, vəzifə sahibi olmaq niyyətindədirlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

“Bu satqınlar həm də Azərbaycanın 44 günlük müharibə apardığı zamanlarda da xainliklərini göstərdilər. Onlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır və aparılacaq. Qoy bilsinlər ki, bir ölkədə yaşayıb, oranın çörəyini yeyib, suyunu içib, həmin ölkəyə, vətəndaşlara qarşı xain hərəkətlər etmək, başqa ölkələrə xidmət göstərmək olmaz. Biz başqa ölkələrlə dostluq, qardaşlıq mühitində yaşamağa hazırıq. Bir şərtlə ki, onlar da bizə dost, qardaş kimi yanaşsınlar. Əks halda, biz də adekvat addımlar atmaq məcburiyyətində qalırıq”, - deputat bildirib.

Xəbərlər