"Azərbaycanda gələn il sosial layihələr çərçivəsində pensiyalar artırılacaq".
"Azərbaycanda gələn il sosial layihələr çərçivəsində pensiyalar artırılacaq".
Bunu sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlaması zamanı deyib.
Deputat qeyd edib ki, hər il dövlət büdcəsinə baxılanda, sosial layihələr çərçivəsində pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur:
“Mən hesab edirəm ki, 2022-ci ilin dövlət büdcəsinə uyğun olaraq müəyyən qədər pensiyalarda, maaşlarda artımlar olacaq”.
Pensiya və maaşların nə qədər artırılacağına gəlincə, deputat hələlik bu barədə məlumatlı olmadığını söyləyib.
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi açıqlanıb. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.
Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək.