Siyasət 8 Mart 2024, 16:48 | Baxış sayı: 489
"Azərbaycanda azad sözə qarşı heç vaxt basqı olmayıb"

“Azərbaycanda azad sözə qarşı heç vaxt basqı olmayıb. Bu ölkədə fikir və söz azadlığı var. Hər bir şəxsdən də tələb olunur ki, digər şəxslərin hüquqlarını da qorusun, onların şəxsiyyətlərinə də toxunmasın, onlara qarşı hər hansı fikir söyləməsin. Azərbaycanda xeyli sayda internet televiziyası var, heç bir mənbə dəqiqləşdirmədən nə eşidirlərsə, kimsə telefonla zəng edirsə, bunu əsas şərt kimi götürüb ictimaiyyətə çatdırırlar. Belə olmaz. Hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. İnsan hüquqları üzrə beynəlxalq aktda da bu, nəzərdə tutulub. Azərbaycanda heç kimin hüququ pozulmur”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Toplum TV”də başladılan araşdırmalar barədə danışarkən deyib. 

 

Komitə sədri ABŞ-nin məsələ ilə bağlı mövqeyinə də münasibət bildirib: “ABŞ-də 11 sentyabrdan sonra hərbi sirlə bağlı məlumat yayanların hamısını dərhal həbs etdilər. Yaxud Ağ Ev qarşısında seçkidən sonra etiraz aksiyası keçirən şəxslərin hamısını tutdular. Bütün mətbuat orqanlarını bağladılar. Hətta Donald Trampın “Facebook”unu qapatdılar. Təsəvvür edin, Amerikanın Prezidenti olmuş adamın sosial şəbəkə səhifəsini bağladılar. Bəs onda düşünmürdülər? Özlərində olanda qanuni olur, bizdə olanda “qeyri-qanuni”, “söz azadlığına basqı”. İkili, üçlü standart, yanaşma... Bu baxımdan, qanun qarşısında hamı bərabərdir. Peşəsindən, vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq”. 

pravda.az

Xəbərlər