Plenar iclaslar 17 Fevral 2023, 15:50 | Baxış sayı: 185
"Azərbaycana qarşı əks təbliğat aparan, həmçinin deputatlar barədə mənfi fikirlər səsləndirən adamlar Azərbaycana təhvil verilməlidir"

"Azərbaycana qarşı əks təbliğat aparan, həmçinin deputatlar barədə mənfi fikirlər səsləndirən adamlar Azərbaycana təhvil verilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novduzov bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan və Azərbaycan əleyhinə təbliğat aparan şəxslər Ermənistan tərəfindən maliyyələşdirilir:

"Ermənistana qulluq edən, Azərbaycanın haqlı səsinə qara yaxın insanları biz azərbaycanlı hesab edə bilmərik. Onlar Şuşa-Xankəndi yolunda olan aksiya iştirakçılarına olmazın sözünü deyirlər. Eyni zamanda antimilli ünsürlərə qarşı hüquq mühafizə orqanları işini artırmalıdır. Onlar indiyədək Errmənistan səfirliyinin qarşısında piket keçirməyiblər, Xocalı facisəsi, digər hadisələrlə bağlı səsimizi çatdırımıyblar. Onlara insan demək olmaz".

S.Novruzov qeyd edib ki, onların Azərbaycana qaytarılması, hüquq mühafizə orqanları qarşısında cavab vermələri lazımdır: "Hər kəs bilsin ki, Azərbaycan dövləti əleyhinə təbliğat vətənə xəyanətdir".

Xəbərlər