Plenar iclaslar 20 Dekabr 2022, 12:21 | Baxış sayı: 216
"Azərbaycana qarşı həmişə qərəzli mövqe tutan Avropa Parlamentinin deputatları erməni iş adamlarından aldıqları pul müqabilində iş görürlər"

"Azərbaycana qarşı həmişə qərəzli mövqe tutan Avropa Parlamentinin deputatları erməni iş adamlarından aldıqları pul müqabilində iş görürlər".

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Həmin deputatlardır ki, Azərbaycanın ərazilərində talanan qızıl yataqlarından əldə etdikləri gəlirlər məhz onların cibinə gedir. Avropa Parlamenti korrupsiya yolu ilə deputatların maliyyələşdirilməsi üçün mexanizm qurub. Həmin deputatlar da indi hay-küy salıblar ki, Xankəndi-Laçın yolu bağlıdır. Bu hay-küyün səbəbi də onların gəlirlərinin qaşrısının alınmasıdır. Erməni iş adamları məhz Avropa Parlamentinin binasında oturub parlament üzvlərini korrupsiyaya cəlb edir”, - deputat əlavə edib.

Xəbərlər