İqtisadiyyat 3 Avqust 2023, 17:28 | Baxış sayı: 225
"Azərbaycana gələn avropalıların sayı artıb, ərəblərin sayı azalıb"

“Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb. Bu o deməkdir ki, Azərbaycana gələn avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb”.

Bu barədə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz Feysbuk hesabında yazıb.

“Ən yüksək artımlar isə Çin (7,2 dəfə), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il – 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənub-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”, - iqtisadçı deputat bildirib.

demokrat.az

Xəbərlər