Siyasət 14 İyun 2023, 15:22 | Baxış sayı: 156
"Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var"

"Hər bir xalqa Ümummilli Lider nəsib olmur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında etdiyi xidmətlər, gördüyü işlər hələ uzun illər gələcək nəsillər tərəfindən deyiləcək".

"Report" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.siya

O bildirib ki, Heydər Əliyev unikal şəxsiyyət idi. Onun sözlərinə görə, Heydər Əliyev dünyaya sübut etdi ki, vəzifəsindən, zamanından, tarixindən, yaşından asılı olmayaraq, harada işləməsinə baxmayaraq, öz xalqına xidmət etmək olar:

"Heydər Əliyevi ayrı-ayrı tarixi şəxsiyyətlərlə müqayisə edirlər. Məsələn, Atatürk hakimiyyətə gələndə 100 generalı var idi. Heydər Əliyev hakimiyyətə gələndə xəzinə bomboş idi, Milli Ləl-Cəvahirat Fonduna süpürgə çəkmişdilər. Azərbaycanda ayrı-ayrı siyasi partiyaların batalyonları, şəxsi qoşunları var idi. Heydər Əliyev 1992-c ildə azad seçki istəyirdi, konstitusiyaya əlavə etdilər ki, 65 yaşından yuxarı şəxs seçilə bilməz. Adətən aşağı yaş həddi ola bilər, yuxarı yaş həddi harada görünüb ki, Heydər Əliyevə qarşı bu addımları atdılar. Bu zalda Heydər Əliyevin çörək, vəzifə verdiyi insanlar Ulu Öndər öz təcrübəsini bölüşmək istəyəndə, Qarabağın xilas yollarını deyəndə, ayağını yerə döyərək reqlament deyib qışqırmağa başladılar. 6 dəfə Heydər Əliyevə və Prezident İlham Əliyevə qarşı dövlət çevrilişinə cəhd ediblər. 1992-ci ildə Naxçıvanda Heydər Əliyevi fiziki cəhətdən məhv etmək istəyirdilər. Sevinirəm ki, digər cəbhədən olan nümayəndələrimiz artıq Heydər Əliyev həqiqətini etiraf edirlər ki, vaxtında düzgün qərar qəbul etmədilər. Bəli, vaxtından düzgün qərar qəbul etsəydilər, Heydər Əliyev hakimiyyətə gəlsə idi, Azərbaycan bu qədər problem yaşamazdı. Xoşbəxt adamam ki, həmişə Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olmuşam".

Xəbərlər