İqtisadiyyat 26 May 2023, 15:05 | Baxış sayı: 162
"Azərbaycan Türkiyə ilə birlikdə dərman istehsalını həyata keçirsin!"

"Azərbaycanda dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, daha ucuz qiymətə təklif olunması üçün ən yaxşı metodlardan biri məhz dərman istehsalının təşkil edilməsidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Millət vəkili bildirib ki, Türkiyənin dərman istehsalı sahəsində kifayət qədər böyük təcrübəsi var:

"Daha məqsədə uyğun olardı ki, Azərbaycan Türkiyə ilə birlikdə dərman istehsalını həyata keçirsin və yerli dərman istehsalının tərkibini reallaşdırsın. Bu bütün hallarda idxaldan asılılığın aradan qaldırılmasına və qiymətlərin daha ucuzlaşmasına gətirib çıxara bilər. 

Ona görə istehsalın təşkil edilməsi, xüsusən də qardaş Türkiyənin təcrübəsini nəzərə alsaq, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi daha məqsədəuyğun olardı. 

Birmənalı şəkildə yerli istehsal Türkiyə şirkətləri ilə təşkil olunarsa, bu halda drəmanların qiymətlərinin aşağı düşməsini, eləcə də daha keyfiyyətli dərmanların təklif olunmasını müşahidə edəcəyik".

Xəbərlər