Siyasət 16 İyul 2021, 16:47 | Baxış sayı: 267
“Azərbaycan hər an antiterror əməliyyatlarına hazır olmalıdır".

Deputat Sabir Rüstəmxanlı son günlər Qarabağda baş verənlər barədə bunları deyib:

“Azərbaycan hər an antiterror əməliyyatlarına hazır olmalıdır. Hər gün bizim torpaqlarımız təmizlənə bilər. Kürəyimizdən bizə atəş açılırsa, bu, artıq sülhməramlı qüvvə deyil. Deməli separatçıları bəsləyirlər ki, bizə təzyiq göstərsinlər. Ona görə də təxribatçı qruplar yerindəcə susdurulmalıdır. Həm bizim Silahlı Qüvvələrimiz tərəfindən, həm də Rusiyanın sülhməramlıları tərəfindən bu işlər həll olunmalıdır. Biz bu kimi təxribatları çox görmüşük. Bununla bizi yeni bir müharibəyə gətirib çıxarmaq istəyirlər. Azərbaycan isə müharibə dövründə göstərdi ki, savaş Ermənistana necə baha başa gəldi. Bundan sonra daha ağır ola bilər. Ona görə də Ermənistanın hər dəfə öyrədib göndərdiyi təxribaçı qüvvələrin taleyini görməlidir ki, dərs olsun”.

Xəbərlər