Cəmiyyət 9 İyun 2022, 14:32 | Baxış sayı: 196
"AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir".

“Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

“Naxçıvan hansı şəraitdədirsə, biz bunu bilirik. Quru yolları bağlıdır. Naxçıvandan Azərbaycanın digər bölgələrinə yalnız hava yolları vasitəsilə gediş-gəliş mümkündür. Ailəsinin bir hissəsi Naxçıvanda yaşayanlar var. Bəziləri tez-tez getməyə məcburdur. Bu, nəzərə alınmalıdır. Dövlətə ziyan da dəysə, müəyyən subsidiya ayrılmalı olsa belə, Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır. AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir”, - deputat bildirib.

Xəbərlər