Plenar iclaslar 30 Dekabr 2021, 13:03 | Baxış sayı: 205
"Avropada yaşayan o azərbaycanlıların hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcək, imdad diləyəcəklər".

“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə Avropada yaşayan o azərbaycanlıların hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcək, imdad diləyəcəklər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, tövbə qapısı hər zaman açıqdır: “Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətinə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.

S. Novruzov qeyd edib ki, hazırda televiziyalara eyni simaları dəvət edirlər: “Eyni adam xarici siyasətdən də, daxili siyasətdən də, beynəlxalq hüquqdan, beynəlxalq münasibətlərdən, doğuşdan da, ölümdən də danışır. Eyni proqramda çıxış edi, ictimaiyyətə də düzgün olmayan məlumatlar çatdırırlar”.

Xəbərlər