Plenar iclaslar 18 Oktyabr 2022, 14:40 | Baxış sayı: 180
“Avropa Şurasında çoxluq həqiqəti görür”

“Ermənistan beynəlxalq səviyyədə öz zəifliyini başa düşür. Düzdür, onları dəstəkləyənlər var. Makronun ikiüzlü bəyanatı buna sübutdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Deputat bildirib ki, Avropa Şurasında çoxluq həqiqəti görür: “AŞPA-nın sessiyası çox gərgin idi. Azərbaycana qarşı quraşdırılmış, öncədən hazırlanmış hücum planı vardı. Sərhədlərdə təxribatların törədilməsi, foto-video şantaj, bunun əsasında danışıqlarda divident qazanmaq niyyəti vardı. Ermənilər AŞPA-da çalışdı ki, son hadisələrlə bağlı məruzəçi təyin olunsun və onların xeyrinə sənəd qəbul edilsin. Buna nail ola bilmədilər. Çünki Avropada artıq hamı çox gözəl bilir ki, Ermənistan hansı cinayətləri törədiblər. Bu gün ölkəmizi müdafiə etmək üçün bizim gücümüz var. Bu gücü də Prezident yaradıb, Ordumuz yaradıb. Azərbaycana zərbə vurmaq üçün erməni lobbisi erməni dövlətçiliyinə, ermənilərə belə zərbə vurmağa hazırdır ki, təki Azərbaycana zərər vura bilsinlər. Biz bunu bilməliyik. Azərbaycan Prezidentinin apardığı siyasət güclüdür və biz bu siyasət ətrafında birləşməliyik”.

Xəbərlər