"ANAMA-nın minatəmizləmə zamanı həlak olan əməkdaşlarına da şəhid statusunun verilməsi məsələsi müzakirə olunmalıdır"
Plenar iclaslar
2 May 2023, 13:18 | Baxış sayı:
163
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının maaşına yenidən baxılmasına ehtiyac var.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Razi Nurullayev bildirib ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da şəhid statusunun verilməsi məsələsi müzakirə olunmalıdır.