Cəmiyyət 16 İyul 2021, 17:23 | Baxış sayı: 347
Alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər.

"JURNALİSTLƏRƏ TİKİLƏN 3-CÜ BİNA ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNƏ VERİLMƏLİDİR"

Bu fikirləri Etibar Əliyev öz sosial şəbəkə hesabında paylaşıb.

Ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu jurnalist keyfiyyətini əsla dəyişməyib...Alimlərə heç belə qayğı göstərilməyib. Alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız xəbərlər dərc etməklə məşğuldur və onların əksər rəhbərləri oliqarx olublar. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnailst adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Və bu davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq olar. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir.

Xəbərlər