Cəmiyyət 17 Fevral 2022, 14:37 | Baxış sayı: 247
"Akademiyaya yaxşı menecer lazımdır".

“AMEA-nın prezidenti kim ola bilər? İndi elm və təhsil adamlarını düşündürən sual budur. Akademiyaya yaxşı menecer lazımdır. Həmin şəxs bu qurumun imkanlarını araşdırmalı, nəticədə plan tutmalı və Akademiya işçiləri arasında müzakirə edərək onu ortaya çıxarmalı, habelə dövlətdən də dəstək ala bilməlidir. Beləcə, islahatlara başlanmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Ən əsası isə ixtisas önəmlidir. AMEA-nın tarixində bu qurumun rəhbərliyi ilə bağlı yeganə kənaraçıxma Ramiz Mehdiyevlə bağlı oldu. Etimadı düzgün qiymətləndirə bilmədi. Ramiz Ənvərovic istedadsız olmasını gizlətməyi bacarmışdı. Bu onun mistikası idi... O "filosof" kimi heç  bircə dəfə də olsun Fəlsəfə institutuna da gəlmədi. Ənənəvi olaraq AMEA prezidenti ya riyaziyyatçı, ya da fiziklər arasından seçilir.  Ancaq  menecerlik qabiliyyəti olan fizik, yaxud riyaziyyatçı varmı? Yaşlı nəsildən kim təyin olunsa Akademiyanı mövcud durumdan çıxara bilməyəcək. Reallıq bundan ibarətdir ki, AMEA-nın yaşlı institut direktorları heç rəhbərlik etdikləri İnstitutlarda yeniliklər edə bilməyiblər. Məncə pessimizmə qapanmaq lazım deyil. Elmə rəhbərlik edən şəxslə təhsilə rəhbərlik edən şəxs arasında 44 il yaş fərqi var idi. Gənc və Orta yaşlı fizik və riyaziyyatçılarımız var. Onları tanıyanlar da az deyil...Sadəcə təqdimata ehtiyac var” – E.Əliyev qeyd edib.

Xəbərlər