Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2022, 12:57 | Baxış sayı: 169
"Adam kafedrada 4 dəfə müdafiə edir, Ali Attestasiya Komissiyasında işi plagiat çıxarırlar"

“Təhsil haqqında qanun”a yenidən baxılmalıdır.

APA xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, bu qanun Milli Məclisdə 14 il müzakirə olunub: “Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar? Bakalavr, magistr, aspirantura, dissertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu, təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır. Biz sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik”.

Xəbərlər