KOMİTƏ İCLASLARI 17 Noyabr 2023, 18:06 | Baxış sayı: 78
"9 ayda yeni iş yerlərinin 93 %-i özəl sektorda yaradılıb"

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yaradılmış yeni iş yerlərinin 93,4 %-i özəl sektorun payına düşüb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili bildriib.

"Əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir", - deyə o qeyd edib.

Bundan başqa, Komitə sədri deyib ki, 2023-cü ilin I yarısında dövlət qeydiyyatına alınmış fərdi sahibkarların sayı 2022-ci ildəki göstəricinin 81 %-dən çox olub: "Bu o deməkdir ki, ölkədə fərdi sahibkarlığa stimul var və bu istiqamətdə də keyfiyyət dəyişikliyi baş verib".

report.az

Xəbərlər