Təhsil 14 İyul 2023, 16:43 | Baxış sayı: 132
“50 bal toplamış müəllimlərin də maaşı 35 faiz artırılmalıdır”

“Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətlərin bir qismi 50 bal toplamış müəllimlərimizin əməkhaqqı artımları ilə bağlıdır. Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əməkhaqqısı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əməkhaqqısı 35 faiz artmır?”

Bu barədə millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əslində, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil: “Əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan, təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əməkhaqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq olaraq qaydalara dəyişiklik edilsin”.

Deputat əlavə edib ki, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlər üçün yeni differensial əməkhaqqı artımları ilə bağlı da elm və təhsil nazirinə təkliflər təqdim edilib

demokrat.az

Xəbərlər